XƏBƏR
25-05-2019, 14:49

Bir həftədə İstanbulda 348 qanunsuz miqrant saxlanılıb

Bir həftədə İstanbulda 348 qanunsuz miqrant saxlanılıb
İstanbulun Bağcılar və Esenyurt rayonlarında aparılan əməliyyatlar nəticəsində Türkiyə ərazisinə qanunsuz yollarla daxil olmuş 176 nəfər saxlanılıb.

Qərbinfo.az xəbər verir ki, bununla da son bir həftədə İstanbulda saxlanılan qanunsuz miqrantların sayı 348-ə çatıb.

Saxlanılan əcnəbilər aidiyyəti qurumlara təhvil verilib.

Bu istiqamətdə araşdırmalar davam etdirilir.






Son Xəbər