XƏBƏR, SOSİAL
24-05-2019, 23:23

“Azərbaycan dilinin orfoqrafiya normaları” mövzusunda təlim təşkil edilib

“Azərbaycan dilinin orfoqrafiya normaları” mövzusunda təlim təşkil edilib
Dövlət İmtahan Mərkəzində (DİM) “Azərbaycan dilinin orfoqrafiya normaları” mövzusunda təlim təşkil edilib. Təlimdə mərkəzin əməkdaşları iştirak ediblər.

Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə “Azərbaycan dilinin orfoqrafiya normaları” təsdiq olunub və yazılı nitqdə dil vahidlərinin yazılışını tənzimləyən qaydalara müəyyən dəyişikliklər edilib.

“Azərbaycan dilinin orfoqrafiya normaları”na edilən dəyişikliklər dövlət orqanları tərəfindən kargüzarlığın aparılması məsələlərini də əhatə edir.

DİM-dən Qərbinfo.az-a bildirilib ki, dövlət orqanları ilə yazışmalar zamanı qeyd edilən dəyişikliklərə riayət edilməsinin vacibliyi nəzərə alınaraq, bu mövzuda təqdimat hazırlanıb və müvafiq təlim təşkil olunub.

Dövlət İmtahan Mərkəzinin əməkdaşı Miranə Abbasova tərəfindən aparılan təlimdə rəsmi yazışmalar zamanı əməl edilməsi lazım olan tələblər diqqətə çatdırılıb, kargüzarlıqla bağlı məsələlər müzakirə olunub, iştirakçılara orfoqrafiya normalarında edilmiş dəyişiklər barədə məlumat verilib.

Sonda suallar cavablandırılıb.






Son Xəbər