XƏBƏR, SİYASƏT
24-05-2019, 22:31

Ziyafət Əsgərov: Ermənistan isə qondarma dövlətdir

Ziyafət Əsgərov: Ermənistan isə qondarma dövlətdir

Azərbaycan inkişaf etdikcə ölkəmizə qarşı paxıllıq da çoxalır.

Qərbinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentdə gənclərlə görüşündə Azərbaycana qarşı ikili standartların mövcud olduğu, Ermənistana isə dəstək göstərilməsi ilə bağlı suala cavab verərkən deyib.

Z.Əsgərov bildirib ki, Azərbaycan müstəqil dövlətdir:

“Biz qondarma dövlət deyilik. Ermənistan isə qondarma dövlətdir. Biz öz gücümüzlə müstəqillik qazanmışıq, inkişaf etmişik. Niyə kiminsə dediyinə tabe olmalıyıq? Bizi ona görə istəmirlər ki, biz müstəqil siyasət aparırıq, heç kimə əyilmirik. Ona görə də bizi istəmirlər, ancaq Ermənistana nə deyirlər, deyir baş üstə. Biz isə heç kimə əyilmirik, ancaq öz gücümüzü artırırıq”.






Son Xəbər