XƏBƏR, SOSİAL
24-05-2019, 21:51

Məktəblilər internetdə olan imkanlar və təhlükələr barədə məlumatlandırılıb

Məktəblilər internetdə olan imkanlar və təhlükələr barədə məlumatlandırılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC tərəfindən Şabran rayonunun şəhid Əlimövsüm Quliyev adına Şahnəzərli kənd orta məktəbində “İnternetdə olan imkanlar və təhlükələr” adlı seminar keçirilib.

Nazirlikdən Qərbinfo.az-a verilən məlumata görə, layihə kənd yerlərində yaşayan məktəblilərin internetdən səmərəli istifadəsinin təmin edilməsi, kibertəhlükəsizlik texnologiyaları sahəsində praktiki və nəzəri biliklərinin artırılması üçün nəzərdə tutulub.

Seminarda ilk növbədə məktəblilərə rabitə və internet haqqında ümumi məlumat verilib, internetin imkanları və təhlükələri barədə danışılıb.

Tədbirin sonunda seminar iştirakçılarının qeyd olunan mövzular üzrə suallarına cavab verilib.

Xatırladaq ki, bu mövzuda olan seminarlar digər bölgələrdə də keçirilib və davamlı olaraq keçirilməkdədir.






Son Xəbər