XƏBƏR, HADİSƏ
24-05-2019, 20:28

Məsciddə partlayış törədilib

Məsciddə partlayış törədilib
Pakistanın Kvetta şəhərində məsciddə partlayış törədilib. Partlayış nəticəsində azı iki nəfər ölüb, 25 nəfər yaralanıb.

Qərbinfo.az xəbər verir ki, partladıcı qurğu minbərin arxasına yerləşdirilib, partlayış namaz vaxtı törədilib.

Bildirilir ki, partlayış zamanı məsciddə 30-40 insan olub.

Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.






Son Xəbər