XƏBƏR, MANŞET-SLAYDER
24-05-2019, 18:10

İcra başçısının keçirdiyi növbəti qəbuda 108 müraciət dinlənilib - ŞƏMKİR

İcra başçısının keçirdiyi növbəti qəbuda 108 müraciət dinlənilib - ŞƏMKİR
Hər bir kəsə məlumdur ki, dövlətimizin başçısı İlham Əliyev yürütdüyü siyasətdə, hər zaman vətəndaş amilinə önəm verib. Məhz bu siyasətin diqqət çəkən istiqamətlərindən biri də, onun vətəndaşlarla bağlı prinsiplərə söykənməsdir. Burada isə sosial siyasətin əsas məğzi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bu günki qəbulunda da insanlar böyük ümidlə gəlmişdirlər. İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdi.

Qərbinfo.az xəbər verir ki, Şəmkirə və şəmkirlilərə xidmət etməyin bir şərəf olduğunu bildirən Alimpaşa Məmmədov vətəndaşların şifahi qəbulu zamanı 108 nəfərin müraciətini dinləyib.

Qəbul zamanı vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.

Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700), (050-511-21-61) fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.

Son Xəbər