XƏBƏR, SOSİAL
24-05-2019, 16:57

Şəmkir rayonunda e-vətəndaş proqramının təqdimatı keçirilib

Şəmkir rayonunda e-vətəndaş proqramının təqdimatı keçirilib
Şəmkir Rayonunda, Heydər Əliyev Mərkəzində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının yeni brendi olan SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin- e-vətəndaş proqramının təqdimatı həyata keçirilib.

Qərbinfo.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - Dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev İcra Başçısı cənab Alimpaşa Məmmədovun adından iştirakçıları salamlayaraq tədbiri açdı və bildirdi ki, ölkəmizdə “Elektron Hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır. Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla bu yönümdə hüquqi baza yaradılmışdır.

R.Hacıyev bildirdi ki, ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların məntiqi davamı olaraq Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası SƏLİS proqramını cəmiyyətə təqdim etmişdir.

R.Hacıyev SƏLİS proqram haqda iştirakçılara geniş məlumat vermək üçün sözü Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyinin sədri Fuad Bədəlova verdi.

F.Bədəlov iştirakçılara elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi və elektron hökumətə keçidlə bağlı Şuranın 20 elektron xidmətinin vahid bazada yerləşdiyini və yeni brend olan -Surətli Əlaqələndirmə və Layihələrin İdarəetmə sisteminin- SƏLİS-in 2019-cu ilin 10 mayından istifadəyə verildiyi haqda geniş məlumat verib.

Sonra F.Bədəlov bildirdi ki, Şura ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində iyunun 7-dək ölkənin bütün vətəndaşlarını, o cümlədən şəmkirliləri, QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edir.

Tədbir zamanı e-vətəndaş xidmətinin istifadə qaydalarından bəhs edən təlimat xarakterli 2 videoçarx nümayiş etdirildi.

F.Bədəlov çıxışdan sonra iştirakçılar tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Son Xəbər