XƏBƏR, MANŞET-SLAYDER
24-05-2019, 16:35

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1427-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 aprel tarixli 620 nömrəli, 15 aprel tarixli 630 nömrəli, 18 aprel tarixli 650 nömrəli və 2 may tarixli 667 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci və 2.5-ci bəndlər üzrə:

1.1. “443.2” rəqəmlərindən sonra “, 457-1.1.1, 457-1.1.2, 457-1.2” rəqəmləri və “272” rəqəmlərindən sonra “, 276-1” rəqəmləri əlavə edilsin;

1.2. “və 455.2-ci” sözləri “, 455.2, 457-1.1.3 və 457-1.1.4-cü” sözləri ilə əvəz edilsin.

2. 4.4-cü bənd üzrə:

2.1. “və 268-ci” sözləri “, 268 və 457-1.1.3-cü (iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda)” sözləri ilə əvəz edilsin;

2.2. “348 (iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda)” sözləri çıxarılsın;

2.3. “və 543-cü” sözləri “543, iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda 276-1, 348, 457-1.1.4-cü” sözləri ilə əvəz edilsin.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 may 2019-cu il.






Son Xəbər