XƏBƏR, İDMAN
21-05-2019, 23:22

Avropa kubokunda iştirak edəcək qadın cüdoçularımız müəyyənləşib

Avropa kubokunda iştirak edəcək qadın cüdoçularımız müəyyənləşib
İyunun 1-2-də Rumıniyanın Kluj-Napuka şəhərində cüdo üzrə Avropa kuboku turniri keçiriləcək.

Qərbinfo.az xəbər verir ki, Qitə kubokunda qadınların yarışında Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşib. Yarışlarda Leyla Əliyeva, Aişə Qurbanlı (48 kq), Şəfəq Məmmədova və Gültac Məmmədəliyeva (52 kq), Elmira Mustafayeva, İçinkorloo Munxtsedev (57 kq), Günel Həsənli, Aida Baxışova (70 kq) mübarizə aparacaqlar.

İndiyədək 26 ölkədən 335 cüdoçu Avropa kubokunda iştirakını təsdiqləyib.






Son Xəbər