XƏBƏR, MƏDƏNİYYƏT
21-05-2019, 12:25

Şəmkir Oxford Məktəbi: "Xeyriyyə konsertinə siz də qoşulun!"

Şəmkir Oxford Məktəbi: "Xeyriyyə konsertinə siz də qoşulun!"

Baku Oxford Məktəbinin Şəmkir filialı Gəncə şəhərində "Biz istedad axtarmırıq" başlığı altında konsert proqramı keçirəcək.

Qərbinfo.az xəbər verir ki, konset 30 may 2019-cu il tarixində, saat 18:00-da Gəncə Dövlət Filarmoniyasında təşkil olunur.

Qeyd edək ki, konsert proqramının keçirilməsində məqsəd "Ramazan" ayında insanlara qarşı mərhəmət hissinin və xeyriyyəçiliyin dəyərini aşılamaqdır.

Konsetdə iştirak etmək arzusunda olanlar, biletləri Şəmkir Oxford Məktəbindən əldə edə bilərlər.

Şəmkir Oxford Məktəbi: "Xeyriyyə konsertinə siz də qoşulun!"






Son Xəbər