XƏBƏR, DÜNYA
21-05-2019, 11:22

Meksika ştatlarında atışmalar: 10 nəfər ölüb

Meksika ştatlarında atışmalar: 10 nəfər ölüb
Meksikanın Oahaka və Tamaulipas ştatlarında atışma nəticəsində 10 nəfər ölüb.

Qərbinfo.az-ın məlumatına görə, Oahakada naməlum şəxslər yolun kənarında görüşmək üçün toplaşan bir qrup şəxsə atəş açıb. Atəş nəticəsində 4 qadın və 2 kişi öldürülüb. Hücumun səbəbi məlum deyil, cinayətkarlar azadlıqdadır.

Eyni zamanda Tamaulipas ştatında hərbçilər silahlıları avtomobildə izləyərkən onlarla nəticədə qarşıdurmaya giriblər. Hərbçilərdən biri yaralansa da, cinayətkar qruplaşmanın 4 üzvü məhv edilib.






Son Xəbər