XƏBƏR, DÜNYA
20-05-2019, 13:56

Baş verən partlayış nəticəsində 17 nəfər xəsarət alıb

Baş verən partlayış nəticəsində 17 nəfər xəsarət alıb
Qahirədə baş verən partlayış nəticəsində 17 nəfər xəsarət alıb.

Qərbinfo.az xəbər verir ki, partlayış Qahirənin qərbində, Gizə ehramlarının yanında yerləşən Böyük Misir Muzeyi rayonunda turist avtobusunun yaxınlığında baş verib. Əldəqayırma partladıcı qurğu içərisində Cənubi Afrika Respublikasının 25 vətəndaşının olduğu turist avtobusu oradan keçən anda işə düşüb. Yaralananlar arasında 10 misirli və CAR-dan olan 7 turist var. Zərərçəkənlərin əksəriyyəti avtobusun şüşələrinin qırıntılarından zədə alıblar.






Son Xəbər