XƏBƏR, SİYASƏT
20-05-2019, 12:51

Türkiyənin Prezidenti Azərbaycan qaziləri ilə görüşüb

Türkiyənin Prezidenti  Azərbaycan qaziləri ilə görüşüb
Qardaş Türkiyədə səfərdə olan Azərbaycan qaziləri, hərbi yönümlü QHT təmsilçiləri Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi iftar mərasimində iştirak edib.

Qərbinfo.az xəbər verir ki, Samsun şəhərində düzənlənən iftar mərasimindən sonra Azərbaycan təmsiçiləri R.T.Ərdoğana iki qardaş ölkənin prezidentlərinin portretini və digər hədiyyələri təqdim ediblər. Görüşdə xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşkilatçılığı ilə Azərbaycan qaziləri Atatürkün İstanbuldan Samsuna gəlişinin 100-cü ildönümü – 19 May gənclik və idman bayramında iştirak etmək üçün Türkiyənin Samsun şəhərinə səfər edib. Azərbaycan heyətinə Milli Qəhrəman Vahid Quliyev, Aprel döyüşlərinin qaziləri, Əfqanıstan müharibəsi iştirakçılarının təmsilçiləri, hərbiyönümlü jurnalistlər və s. daxildir.

Heyətimiz Türkiyə Prezidenti Administrasiyasının və Samsun Büyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlə qatılıb.

Türkiyənin Prezidenti  Azərbaycan qaziləri ilə görüşüb
Türkiyənin Prezidenti  Azərbaycan qaziləri ilə görüşüb
Türkiyənin Prezidenti  Azərbaycan qaziləri ilə görüşüb






Son Xəbər