XƏBƏR, HADİSƏ
18-05-2019, 23:12

Avtomobildə gizlədilən siqaretlər aşkarlanıb

Avtomobildə gizlədilən siqaretlər aşkarlanıb

Gömrükçülər avtomobildə gizlədilmiş siqaretlər aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Qərbinfo.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 2106" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin salonunda qabaq oturacaqlarının altında gizlədilmiş şəkildə 3600 ədəd "King" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.






Son Xəbər