XƏBƏR, DÜNYA
18-05-2019, 18:56

Çində zəlzələ nəticəsində 500-ə yaxın insan fəlakət zonasında qalıb

Çində zəlzələ nəticəsində 500-ə yaxın insan fəlakət zonasında qalıb
Çinin şimal-şərqində yerləşən Szilin əyalətində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 160-dan çox tikili zədələnib, 476 nəfər isə fəlakət zonasında qalıb.

Qərbinfo.az Çin KİV-lərinə istinadla xəbər verir ki, yeraltı təkanlar mayın 18-də səhər saatlarında Sunyuan şəhərinin Ninszyan rayonunda qeydə alınıb. Zəlzələnin episentri yer səthindən 10 kilometr dərinlikdə yerləşib.

Sunyuan şəhər administrasiyasının məlumatına əsasən, zərər çəkən rayondan 75 nəfər təxliyə edilib. Regiona dəyən zərər 3,1 milyard yuan həcmində qiymətləndirilir.

Təbii fəlakət nəticəsində həlak olan və yaralananlar barədə hələlik məlumat verilmir.






Son Xəbər