XƏBƏR, DÜNYA
17-05-2019, 20:23

İcmalar arasında dava düşüb - Ölənlər və yaralananlar var

İcmalar arasında dava düşüb - Ölənlər və yaralananlar var
Fil Dişi Sahilində icmalararası toqquşmalar neçə gündür ki, davam edir.

Qərbinfo.az-ın məlumatına görə, Beumi şəhərindəki toqquşmalar nəticəsində 3 nəfər ölüb, 40-a yaxın adam yaralanıb. Başqa mənbələrdə isə ölənlərin sayının 7, yaralıların sayının isə 44 olduğu qeyd edilir.

Məlumata görə, mototaksi sürücüləri arasında baş vermiş mübahisə sonda böyük qarşıdurmaya çevrilib. Toqquşmalar nəticəsində mağaza və iaşə obyektlərinə də ziyan dəyib.

Toqquşmalar baş vermiş ərazilərə əlavə güc qüvvələri göndərilib.






Son Xəbər