XƏBƏR, SOSİAL
17-05-2019, 19:51

Rabitəbank ilk 24/7 filialının açılışını edib

Rabitəbank ilk 24/7 filialının açılışını edib

Ölkənin ən qabaqcıl banklarından biri olan Rabitəbank, daha bir filialının ünvanını dəyişməklə yanaşı, şəhərin mərkəzində 24/7 rejiminə keçərək, müştərilər üçün xidmət səviyyəsini artırdı.

Bankdan Qərbinfo.az-a verilən məlumata görə, Bakı şəhəri, Bülbül prospekti, 30. ünvanında yerləşən (Heydər Əliyev adına Sarayın yanı) Rabitəbankın yeni Nəsimi filialı, rahat və standartlara uyğun olan geniş məkanla, ilk dəfə olaraq həftənin yeddi günü, 24 saat olmaqla müştərilərin xidmətindədir.

Qeyd edək ki, Nəsimi filialı 2003-ci ildən etibarən fəaliyyət göstərir və xidmət səviyyəsini artırmaq məqsədi ilə, ünvanını dəyişib.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.






Son Xəbər