XƏBƏR
17-05-2019, 21:58

TÜRKPA-nın Baş katibi: Azərbaycanın ailə və qadın məsələlərinə dair təcrübəsinin öyrənilməsi faydalıdır

TÜRKPA-nın Baş katibi: Azərbaycanın ailə və qadın məsələlərinə dair təcrübəsinin öyrənilməsi faydalıdır
Azərbaycan ailə və qadın məsələlərində böyük təcrübəyə və zəngin ənənələrə malik bir ölkədir.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Sosial, mədəni və humanitar məsələlər komissiyasının Ankarada keçirilən 7-ci iclasında aparılan müzakirələrin nəticələrini şərh edən qurumun Baş katibi Altınbek Mamayusupov bildirib ki, müzakirə olunan məsələlər bütün dünya üçün çox aktualdır. Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstanda ailə və qadın siyasəti yüksək dəyərlərə malikdir. Ailə və qadın məsələlərində təcrübə mübadiləsi və birgə addımların atılması qarşılıqlı maraq doğurur və tərəflər üçün vacibdir.

Azərbaycan Milli Məclisi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının birgə təşkilatçılığı əsasında cari il iyulun 14-də Bakıda keçirilməsi planlaşdırılan “BMT-nin davamlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda TÜRKPA-ya üzv ölkələrin qadın parlamentarilərinin konfransını beynəlxalq əhəmiyyətli tədbir kimi dəyərləndirən Baş katib deyib: “Azərbaycan İslam dünyasında qadınların səsvermə hüququnu tanıyan ilk ölkədir. Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsi faydalıdır”. Qərbinfo.az






Son Xəbər