XƏBƏR, SİYASƏT
17-05-2019, 14:29

Səfir: ABŞ şirkətləri Azərbaycanda keçirilən islahatları yüksək qiymətləndirir

Səfir: ABŞ şirkətləri Azərbaycanda keçirilən islahatları yüksək qiymətləndirir
ABŞ bütün istiqamətlərdə Azərbaycanı dəstəkləyir.

Qərbinfo.az-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger Bakıda Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlıq komissiyasının iclasında deyib.

Səfir qeyd edib ki, iki ölkə arasında münasibətləri yeni səviyyəyə çıxartmaq olar.

Cənub Qaz Dəhlizinin vacibliyini vurğulayan E.Litsenberger deyib ki, bu layihə təkcə Azərbaycan üçün yox, həm də Avropa üçün çox vacibdir.

Səfir əlavə edib ki, ABŞ şirkətləri Azərbaycanda həyata keçirilən vergi və gömrük islahatlarını yüksək qiymətləndirir.






Son Xəbər