XƏBƏR, DÜNYA
17-05-2019, 10:28

Türkiyədə miqrantları daşıyan yük maşını aşıb: 5 ölü, 37 yaralı

Türkiyədə miqrantları daşıyan yük maşını aşıb: 5 ölü, 37 yaralı
Türkiyənin Van şəhərində qeyri-leqal miqrantları daşıyan yük maşını aşıb.

Qərbinfo.az Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 5 miqrant həlak olub, 37-si isə xəsarət alıb.

Hadisə yerinə 11 təcili yardım maşını cəlb edilib. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.






Son Xəbər