XƏBƏR, İDMAN
16-05-2019, 20:01

Şəmkir məktəbliləri ölkə birinciliyinin finalında

Şəmkir məktəbliləri ölkə birinciliyinin finalında
Şəmkir rayon məktəbliləri mayın 15-də Göygöl rayon Olmpiya İdman Kompleksinin stadionunda keçirilən futbol üzrə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında ölkə birinciliyinin zona yarışlarında iştirak edib.

Qərbinfo.az xəbər verir ki, Şəmkir Rayon Gənclər İdman İdarəsinin Uşaq Gənclər İdman Məktəbinin yetirmələri zona yarışlarında son oyunda Naftalan məktəblilərinə 1:0 hesabı ilə qalib gələrək ölkə birinciliyin final mərhələsinə vəsiqə qazanıblar.

Respublika üzrə 5 zonada keçirilən ölkə birinciliyinin finalında zona yarışlarının qalibləri meydanda güclərini göstərəcəklər.






Son Xəbər