XƏBƏR, İQTİSADİYYAT
15-05-2019, 18:30

Üç ayda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 577,6 manat olub

Üç ayda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 577,6 manat olub
Yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artaraq 577,6 manat olub.

Dövlət Statistika Komitəsindən Qərbinfo.az-a bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.






Son Xəbər