XƏBƏR, İDMAN
14-05-2019, 20:57

İlk dəfə azərbaycanlı idmançı Cenevrə marafonunda iştirak edib

İlk dəfə azərbaycanlı idmançı Cenevrə marafonunda iştirak edib

Cenevrədə UNICEF-in himayəsi ilə ənənəvi 42,195 kilometrlik “Harmony Genève Marathon for Unicef” marafonu keçirilib.

Qərbinfo.az-ın məlumatına görə, bu marafonda ilk dəfə azərbaycanlı idmançı – Ayla Səid iştirak edib.

Cenevrə marafonunda 15 minədək atlet iştirak edir. Xeyriyyə məqsədi daşıyan marafon Alp dağlarının ən iri su hövzəsi olan Cenevrə gölünün sahili ilə keçir.

Azərbaycanlı idmançını sözlərinə görə, xeyriyyə fəaliyyəti bütün cəmiyyətlərdə dəstək görür:

“Mən də içməli suya ehtiyacı olan uşaqlara dəstək işinə öz töhfəmi vermək istədim. Cenevrə dəniz səviyyəsindən 375 metr yüksəklikdə yerləşir. Bilirdim ki, bu məsafəni qət etmək asan olmayacaq. Amma çətin məsafələri sevirəm, onlar məni daha da güclü edir”.

A.Səid bildirib ki, bu, onun sayca onuncu marafonu olub:

“Say çox deyil, amma mən heç bir yarışı yarımçıq saxlamamışam və diskvalifikasiya olunmamışam. Nəticələrim də pis deyil. Mən qaçmağa yeni-yeni başlayanda, deyirdilər ki, boyum marafon üçün hündürdür. Mən bir dəfə 43 gün ərzində dörd marafon qaçışında iştirak etmişəm. Onlardan üçü tam marafon, biri isi yarımmarafon idi”.






Son Xəbər