XƏBƏR, DÜNYA
14-05-2019, 19:30

Səudiyyə Ərəbistanında əsas neft kəməri havadan hücuma məruz qaldı

Səudiyyə Ərəbistanında əsas neft kəməri havadan hücuma məruz qaldıSəudiyyə Ərəbistanında mərkəzi neft kəməri pilotsuz uçuş aparatları tərəfindən hava hücumuna məruz qalıb.

Qərbinfo.az-ın məlumatına görə, neft kəmərinin zədələnməsi barədə krallığın energetika, sənaye və mineral ehtiyatlar naziri Xaled əl-Faleh deyib.

Nazirin sözlərinə görə, hücum nəticəsində ölkənin şərqindən qərbinə neft nəql edən kəmərdə yanğın baş verib. Yanğın dərhal nəzarətə götürülüb.

"Saudi Aramco" milli şirkəti həmin yerdə işi dayandırıb.






Son Xəbər