XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
14-05-2019, 14:59

"Biz bu gün xoşbəxt xalqıq ki, təhlükəsiz bir ölkədə yaşayırıq" - ŞƏMKİR

Mahmudlu kənd ağsaqqalları: "Bu işlərin təməlində Cənab Prezidentimiz İlham Əliyevin xalqımıza olan sevgisi və verdiyi dəyər dayanır"

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun kəndlərdə keçirdiyi səyyar görüşlər, istər vətəndaşları fərdi şəkildə qəbul etməsi və vətəndaşın müraciətinə əsasən, yaşadığı ünvana getməsi, yalnız bir amala xidmət edir, o da vətəndaş məmnunluğuna nail olmaq.

Qərbinfo.az xəbər verir ki, bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, təsdiq olunmuş qrafik üzrə Mahmudlu kəndində səyyar qəbul keçirib və 15 nəfər kənd sakinin müraciətini, fərdi qaydada dinləyib.

Qəbuldan öncə icra başçısı Mahmudlu sakinləri ilə ümumi qaydada söhbət edib, ölkəmizdə və rayonumuzda baş verən önəmli hadisələr, görülən işlər, uğurlu layihələr haqqında qısa məlumat verib.

Daha sonra sakinlər fərdi qaydada dinlənilib.

Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən sosial yardım, elektrik dirəkləinin dəyişdirilməsi və mübahisəli torpaq məsələləri barədə olub.
Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Kənd ağsaqqalı Əmrahov Sabir Tapdıq oğlu müraciəti zamanı Prezident Cənab İlham Əliyevin xalqımızın sosial rifahının yaxşılaşdırılması istiqamətdə atdığı addımlar yüksək qiymətləndirib və Mahmudlu sakinləri adından Cənab Prezidentə minnətdarlıq edib: “Bu gün biz çiçəklənən, təhlükəsiz bir ölkənin vətəndaşıyıq. Dünyanın heç bir yerində belə sabitlik yoxdur. Bunu hər bir azərbaycanlı başa düşür. Bütün bunlar Cənab Prezidentin xalqımıza olsan sevgisinin, dəyərinin nəticəsidir.Bu dirçəlişi bizə bəxş edən Prezidentimizə ağsaqqallar adından təşəkkür edirik. Cənab İlham Əliyevin xalqımızın rifahına yönəlmiş addımlarını bütün şəmkirlilər kimi, Mahmudlu sakinləri də dəstəkləyir və Prezidentimizlə qürur duyuruq”.

Son Xəbər