XƏBƏR, İQTİSADİYYAT
13-05-2019, 21:38

Cari ildə BP Azərbaycanda dənizdə və quruda 3 kəşfiyyat quyusu qazacaq

Cari ildə BP Azərbaycanda dənizdə və quruda 3 kəşfiyyat quyusu qazacaq
BP bu il Azərbaycanda dənizdə və quruda 3 kəşfiyyat quyusu qazacaq.

“BP Azerbaijan” şirkətindən Qərbinfo.az-a bildirilib ki, “Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir. Bu ilin sonlarında qazma işlərinə başlanması nəzərdə tutulur.

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş üç perspektiv yerdə kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Birinci quyunun qazılması işlərinin cari ilin sonlarında başlanması planlaşdırılır.

“D230” bloku üzrə cari ildə 3 ölçülü seysmik tədqiqat aparılması nəzərdə tutulur. Əldə edilmiş nəticələrdən asılı olaraq ilk kəşfiyyat quyusunun planlaşdırılmasına başlanacaq.






Son Xəbər