XƏBƏR, HADİSƏ
13-05-2019, 17:57

Xaçmaza güclü dolu düşdü - Dəymiş ziyan araşdırılır

Xaçmaza güclü dolu düşdü - Dəymiş ziyan araşdırılır
Xaçmaza güclü dolu düşüb.

Qərbinfo.az Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verib.

Məlumata görə yağıntı rayon mərkəzində və ətraf kəndlərdə müşahidə olunub.

Dolu 15 dəqiqə davam edib: "RİH nümayəndələri iş başındadırlar və dəymiş zərərin həcmi araşdırılır. İlkin ehtimallara görə, əsas ziyan kənd təsərrüfatına dəyib, avtomobillərə, evlərə və o cümlədən obyektlər də ziyan görüb".

Şöbə müdiri əlavə edib ki, bu gün saat 14:05-də başlayan dolu daha sonra güclü yağışa çevrilib.






Son Xəbər