XƏBƏR, SOSİAL
13-05-2019, 12:42

Çinarlı qəsəbə 1 saylı uşaq bağçası "Mən balaca bağbanam" mövzusunda məşğələ keçirib - ŞƏMKİR

Çinarlı qəsəbə 1 saylı uşaq bağçası "Mən balaca bağbanam" mövzusunda məşğələ keçirib - ŞƏMKİR
Şəmkir rayon Çinarlı qəsəbə 1 saylı körpələr evi-uşaq bağçası "Mən balaca bağbanam" mövzusunda məşğələ keçirib.

Qərbinfo.az xəbər verir ki, Körpələr evi-uşaq bağçasının böyük qrupunun "balaca bağbanları", bağçanın həyətində mövcud olan yaşıllıqlara qulluq ediblər.

Balaca bağbanlar, güllərin dibini ot-alaqlardan təmizləyib, yumşaldıb və suvarıblar.

Tərbiyəçi Rüzanə Cəfərova məlumat verərək bildirib ki, məşğələnin keçirilməsində məqsəd uşaqları ilkin əmək vərdişlərinə cəlb etmək, onlarda təbiətə qarşı sevgi yaratmaq və onlara yaşıllıqlara necə qulluq göstərilməsini aşılamaqdır.

Çinarlı qəsəbə 1 saylı uşaq bağçası "Mən balaca bağbanam" mövzusunda məşğələ keçirib - ŞƏMKİR
Çinarlı qəsəbə 1 saylı uşaq bağçası "Mən balaca bağbanam" mövzusunda məşğələ keçirib - ŞƏMKİR






Son Xəbər