XƏBƏR, DÜNYA
11-05-2019, 13:48

Ərdoğan: Terrorizmlə mübarizədə ikili standartlar siyasəti yolverilməzdir

Ərdoğan: Terrorizmlə mübarizədə ikili standartlar siyasəti yolverilməzdir
Beynəlxalq terrorizmlə mübarizə sahəsində ikili standartlar siyasəti yolverilməzdir.

Qərbinfo.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğna bildirib: "Bizim bütün səylərimizə baxmayaraq, biz terrorizmlə mübarizədə və güc toplayan radikal cərəyanlar istiqamətində ikili standartlar siyasətinin davam etdirilməsinin şahidi oluruq".

Dövlət başçısı qeyd edib ki, Türkiyənin Suriyanın şimalında mübarizə apardığı terror qruplaşmalarına 10 minlərlə silah, nəqliyyat vasitəsi verilib.

T.Ərdoğan Suriyanın şimalında fəaliyyət göstərən terror təşkilatlarının adi silahlı qruplaşmalar qismində təqdim edilməsinin yolverilməz olduğunu vurğulayıb: "Bizim sərhəd boyunca yerləşən digər Suriya regionlarını da terrorçulardan təmizləyərək, yaxın zamanlarda 4 milyon suriyalıya evə qayıtmaq imkanı verəcəyik".






Son Xəbər