XƏBƏR, MANŞET-SLAYDER
10-05-2019, 16:21

"Heydər Əliyev ideyaları xalqımızın birliyinin vacib faktorlarından biridir" - ÖZƏL ŞƏRH

"Heydər Əliyev ideyaları xalqımızın birliyinin vacib faktorlarından biridir" - ÖZƏL ŞƏRH

Heydər Əliyev ideyaları Azərbaycan xalqının birliyində ən vacib faktorlardan biridir


Bir xalqın millət kimi formalaşması üçün dörd vacib amil mövcuddur. Birinci ərazi vahidliyi, ikinci mədəniyyət vahidliyi, üçüncü dil vahidliyi, dördüncü isə məhəlli-iqtisadi əlaqələr vahidliyi. Yəni bu dörd vacib amil, ən əsas şərtdir. Bunlar elmi ədəbiyyatda təsdiqini tapmış, qəbul edilmiş faktorlardır. Lakin mən hesab edirəm ki, bunlarla yanaşı, insan faktorunu, yəni şəxsiyyət amilinin də vacibliyini qeyd etməmək mümkünsüzdür.
"Heydər Əliyev ideyaları xalqımızın birliyinin vacib faktorlarından biridir" - ÖZƏL ŞƏRHFikrimi tam olaraq əsaslandırmaq üçün misal göstərirəm: Azərbaycanda, bu dörd amilin mövcud olmasına baxmayaraq, tarixi faktlara da əsaslansaq, Azərbaycan müxtəlif adlarla tarixən mövcud olub. Sadəcə olaraq, siyasi pərakəndəlik, nəticə etibarı ilə vahid siyasi əqidənin formalaşmasına imkan yaratmayıb. Hətta Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra belə, həmin problem, əngəl kimi vahid ictimai şürun formalaşması prosesinə zərbə vurub. Bütün bunlar tarixdir. Yalnız ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın həyatındakı tarixi rolu vahid idologiyanın formalaşmasını reallaşdırdı. Beləki, Azərbaycan xalqının qədim milli-mənəvi, zəngin dövlətçilik ənənəsi kontekstində vahid ideologiya-Azərbaycançılıq ideologiyasını yaratmış oldu. Bizim bu nailiyyətimiz, dünya tarixində, həmin dörd vacib faktorların olması ilə yanaşı, digər bir vacib faktorun- millətin liderinin olması faktorunu təsdiq etdi.
Bununla da, Azərbaycan xalqı, qazandığı tarixi nailiyyəti ilə şanlı səhifə yazmış oldu. Ümumilli liderimiz Heydər Əliyev isə, həmin tarixi nailiyyətin insan faktorudur. Nəticə etibarı ilə, bu gün biz dünya tarixinə, lideri olan bir millət olaraq düşdük. Çünki lideri olmaq, iradəli, möhkəm, vahid olmaq deməkdir.

Qərbinfo.az-ın redaktoru: Tural Əliyev






Son Xəbər