XƏBƏR, MANŞET-SLAYDER, İDMAN
10-05-2019, 15:16

Şəmkirdə yeni futbol meydançası istifadəyə verilib

Şəmkirdə yeni futbol meydançası istifadəyə verilib
Mayın 9-da Şəmkir rayon İcra Hakimiyyətinin təşəbbüsü , Şəmkir Şəhər Bələdiyyəsinin dəstəyi ilə tikilən stadion idmançıların istifadəsinə verilib.

Qərbinfo.az xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksinin ərazisində futbol meydançasının açılış mərasimində Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib.

Açılış mərasimində çıxış edən icra başçısı son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı uğurlu dövlət siyasətinin nəticəsidir ki, idman infrastrukturları yenidən qurulur, əsaslı təmir edilir”.

Alimpaşa Məmmədov yeni futbol meydançasının istifadəyə verilməsini yüksək qiymətləndirib.

Digər çıxış edənlər də meydançasının gənclərin asudə vaxtının səmərəli təşkil olunması, zərərli vərdişlərdən uzaq olması və sağlam gənc nəsil kimi yetişməsində xüsusi rolundan danışıblar.

Sonda Şəmkir rayon Gənclər və İdman İdarəsinin UGİM-i tərəfindən uşaq və yeniyetmələr arasında futbol üzrə rayon birinciliyi keçirilib.

Qeyd edək ki, 2 gün davam edəvcək rayon birinciliyinin qalibləri kubok və fəxri fərmanlarla mükafatlandırılacaq.

Son Xəbər