XƏBƏR, DÜNYA
9-05-2019, 23:49

Türkiyədə Konqo-Krım qızdırmasından 3 nəfər ölüb

Türkiyədə Konqo-Krım qızdırmasından 3 nəfər ölüb
Mayın əvvəlindən Türkiyədə Konqo-Krım qızdırmasından 3 nəfər həyatını itirib.

Qərbinfo.az məlumatına görə, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Ölüm halları mərkəzi Anadolu bölgəsində qeydə alınıb.

2018-ci ildə isə Türkiyədə həmin xəstəlikdən 27 nəfər vəfat edib.

Qeyd edək ki, 2002-ci ildən bəri Türkiyədə 6 500 Konqo-Krım qızıdrmasına yoluxma halı qeydə alınıb, bunlarda 605 nəfər həyatını itirib.

Konqo-Krım qızdırması gənə dişləməsi nəticəsində yaranır.






Son Xəbər