XƏBƏR, DÜNYA, HADİSƏ
9-05-2019, 19:31

Ermənistan vətəndaşı qazaxıstanlı sahibkarı güllə ilə yaralayıb

Ermənistan vətəndaşı qazaxıstanlı sahibkarı güllə ilə yaralayıb

Sankt-Peterburqda yerləşən “Kalininskaya” tərəvəz bazasında Ermənistan vətəndaşı qazaxıstanlı sahibkara atəş açıb.

Qərbinfo.az xəbər verir ki, mayın 8-də baş vermiş hadisənin üstü bu gün açılıb. Ət daşıyan maşının sürücüsü, 33 yaşlı Ermənistan vətəndaşı ilə 51 yaşlı qazaxıstanlı sahibkar arasında münaqişə yaranıb. Hadisə zamanı erməni sürücü sahibkara travmatik silahdan beş dəfə atəş açıb. Güllələrdən yalnız biri sahibkarı dizindən yaralayıb.

Hadisə yerindən qaçmış sürücü bu gün saxlanılıb. Ona qarşı cinayət işi açılıb.






Son Xəbər