XƏBƏR, SOSİAL
8-05-2019, 23:49

Gürcüstan azərbaycanlıları Azərbaycanda dini təhsil ala bilərlər

Gürcüstan azərbaycanlıları Azərbaycanda dini təhsil ala bilərlər

Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycan İlahiyyat İnstitutunda təhsil ala biləcəklər.

Qərbinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov Gürcüstanın Marneuli rayonunda "Ulu öndər Heydər Əliyev və mənəvi dəyərlər" mövzusunda keçirilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, gənclər institutda əsasən iki ixtisas üzrə dövlət hesabına təhsil alırlar. Təhsil dörd ildir və bakalavr təhsilini başa vuran insanlar magistratura təhsili də ala bilərlər.

Aqil Şirinov Gürcüstanda yaşayan soydaşlarımızın da bu institutda təhsil almaq imkanına malik olduqlarını bildirib. O, soydaşlarımızı Azərbaycan İlahiyyat İnstitutunda təhsil almağa dəvət edib.






Son Xəbər