XƏBƏR, HADİSƏ
8-05-2019, 20:01

Şəmkirdə baş vermiş avto-qəzada xəsarət alanların adları məlum olub

Şəmkirdə baş vermiş avto-qəzada xəsarət alanların adları məlum olub

Şəmkir rayonunda sərnişin avtobusunun "VAZ 2107" markalı avtomobillə toqquşması nəticəsində xəsaərt alan şəxslərin kimliyi məlum olub.

Qərbinfo.az xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Yaralananlar Şəmkir və Samux rayon sakinləridir.

Xəsarət alanlar:

2004-cü il təvəllüdlü Gülməmmədova Gülbahar Qüdrət qızı,

1954-cü il təvəllüdü Qəmbərova Gülsənəm İslam qızı,

1986-cı il təvəllüdlü Süleymanova Dürdanə Malik qızı,

1976-cı il təvəllüdlü Yahyayeva Ruhiyyə Rafiq qızı,

1967-ci il təvəllüdlü Məmmədova İradə Abdulla qızı,

1938-ci il təvəllüdlü Mamayeva Rübabə Hüseyn qızı,

1982-ci il təvəllüdlü Nəsibova Saidə Kamandar qızı,

1964-cu il təvəllüdlü Gülməmmədova Zinyət Qürbət qızı,

1986-cı il təvəllüdlü Həmzəyeva Nərgiz Arzuxan qızı,

1989-cu il təvəllüdlü Qarayeva Qürbət Vidadi qızıdır.

Adları qeyd olunan 8 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 2-nin vəziyyəti ağır olduğu üçün Gəncə şəhərinə göndərilib.

Xatırladaq ki, bu gün Şəmkir rayonunda marşrut avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb.






Son Xəbər