XƏBƏR, HADİSƏ
8-05-2019, 18:14

Şəmkirdə baş verən avto-qəzada ölənlərin kimliyi məlum olub

Şəmkirdə baş verən avto-qəzada ölənlərin kimliyi məlum olub
Şəmkir rayonunda sərnişin avtobusunun "VAZ 2107" markalı avtomobillə toqquşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

Qərbinfo.az-ın məlumatına görə, hadisə nəticəsində "VAZ 2107" markalı maşında olan 1 ailənin 3 üzvü dünyasını dəyişib.

Hadisə nəticəsində ölən şəxslər - sürücü, 1966-cı il təvəllüdlü Gülməmmədov Vidadi Zirəddin oğlu, anası, 1945-ci il təvəllüdlü Gülməmmədova Sücaət Seyidəli qızı və sürücünün nəvəsi, 2016-cı il təvəllüdlü Gülməmmədov Ayxan Qüdrət oğludur.

Xatırladaq ki, bu gün Şəmkir rayonunda marşrut avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşaraq aşıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti orta-ağırdır.






Son Xəbər