XƏBƏR, HADİSƏ
8-05-2019, 17:54

Şəmkirdə baş verən yol qəzasında xəsarət alanlar xəstəxanaya yerləşdirilib

Şəmkirdə baş verən yol qəzasında xəsarət alanlar xəstəxanaya yerləşdirilib
Şəmkir rayonunda sərnişin avtobusunun "VAZ 2107" markalı avtomobillə toqquşması nəticəsində baş verən qəzada 8 nəfər Şəmkir xəstəxanasına yerləşdirilib, 2 nəfər isə Gəncə şəhərinə göndərilib.

Qərbinfo.az xəbər verir ki, Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov bildirib ki, hazırda xəstələrdən 4 nəfər reanimasiyada, 4-i isə palata şəraitində müalicə olunur.

Hadisə nəticəsində 3 nəfər, 1 uşaq, 2 böyük, həlak olub.

Xəsarət alanlardan 2-nin vəziyyəti ağır, olduğu üçün Gəncə şəhərinə göndərilib, qalanların vəziyyəti orta-ağırdır".

Xatırladaq ki, Şəmkir rayonu ərazisində, Şəmkir-Qaracəmirli yolunda hərəkətdə olan sərnişin avtobusu ilə "VAZ 2107" markalı avtomobil toqquşub.






Son Xəbər