XƏBƏR, HADİSƏ
8-05-2019, 17:46

Şəmkirdə ağır yol qəzası baş verib

Şəmkirdə ağır yol qəzası baş verib
Şəmkir rayonu ərazisində baş verən avtomobil qəzası nəticəsində ölən və yaralananlar var.

Qərbinfo.az xəbər verir ki, hadisə nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 3 nəfər həlak olub.

Qeyd edək ki, hadisədə Şəmkir-Qaracəmirli yolunda hərəkətdə olan sərnişin avtobusu ilə "VAZ 2107" markalı avtomobil toqquşub.

Faktla bağlı araşdırma aparılır.






Son Xəbər