XƏBƏR, DÜNYA
8-05-2019, 13:53

Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar

Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar

Silahlılar ötən sutka ərzində Suriyanın Latakiya, İdlib və Hələb əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin deyib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Cubb-əl-Mhara, Kinsiba, Ruyeset-İskəndər, Kesab, Səfər yaşayış məntəqələrini, İdlib əyalətinin Safsafa, Niha yaşayış məntəqələrini, Hələb əyalətinin isə Rəşidin yaşayış məntəqəsini atəşə tutublar".






Son Xəbər