XƏBƏR, DÜNYA
8-05-2019, 13:23

Pakistanda partlayış: azı beş nəfər həyatını itirib

Pakistanda partlayış: azı beş nəfər həyatını itirib
Pakistanın Pəncab əyalətinin Laxor şəhərindəki Data-Darbar məbədi yaxınlığında törədilən partlayış nəticəsində azı beş nəfər həyatını itirib, onların üçü polisdir.

Qərbinfo.az Pakistan mətbuatına istinadla xəbər verir ki, partlayış nəticəsində 24 nəfər yaralanıb, onların da çoxunun vəziyyəti ağır qiymətləndirilir. Vurğulanır ki, partlayıcı qurğu əyalətin polisə məxsus avtobusuna yerləşdirilib.

Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.






Son Xəbər