XƏBƏR, DÜNYA
6-05-2019, 22:52

Ermənilərin qorxu içində olduğu etiraf edilir

Ermənilərin qorxu içində olduğu etiraf edilir
Son günlərdə Azərbaycan təmas xəttində aktivlik göstərir və şərti sülh kontekstində bu həddindən artıq narahatlıq doğurur.

Qərbinfo.az xəbər verir ki, bu barədə Ermənistana məxsus 1in.am saytında yazı dərc olunub. Yazıda qeyd olunur ki, aprelin 30-da Azərbaycan tərəfdən atılan atəş nəticəsində 32 yaşlı əsgər Arqişti Stephanyan başından yaralanıb. O da qeyd olunub ki, bir neçə gün əvvəl Azərbaycanın silahlı qüvvələri çörək daşıyan maşına atəş açıb və avtomobilin kuzovuna zərər yetirib. Həmçinin, 4 may tarixində açılan atəş nəticəsində 1998-ci il təvəllüdlü hərbçi Aqanik Zoroqlyanın yaralandığı da saytda öz əksini tapır.
Sözügedən saytda dərc olunan yazıda 1-3 may tarixlərində Azərbaycan və Türkiyənin birgə keçirdiyi hərbi təlimlərə də toxunulub. Etiraf olunsa da ki, bu təlimlər artıq dövrü xarakter daşıyır, amma həmin təlimlərin gərginliyi dəfələrlə artırdığı da vurğulanır.

Ermənistana məxsus olan mətbuat səhifəsində qeyd olunur ki, faktların kompleks təhlilinə əsaslandıqda Azərbaycanın təmas xəttində dayanmayacağı və irəliləyəcəyi görünür. Yazıda o da vurğulanır ki, tarixi təcrübə və statistikaya əsaslanan bu proqnoz göstərir ki, Azərbaycan istifadə edilən silah növlərinin kalibrlərini daim artırmağa meyillidir. Ötən dövrü, 2010-2016-cı illəri xatırladan yazıda keçmişin acı təcrübəsini unutmayaraq Azərbaycanın inkiafını nəzərə almağın vacibliyi də həyacan siqnalı kimi qeyd olunur.

Sözügedən erməni mətbuat səhifəsində həmçinin Prezident İlham Əliyevin Ermənistan hakimiyyətini qorxuya saldığı, ermənilərin qorxu içində olduğu da etiraf edilir. Qeyd olunur ki, rəsmi Bakı nəticə etibarı ilə müzakirələrdə üstünlük qazanmaq şansına malikdir və Paşinyan bundan sonra manevr edə, hadisələri uzada bilməyəcək.






Son Xəbər