XƏBƏR, HADİSƏ
6-05-2019, 14:23

Moskva aeroportunda yanan təyyarədə Azərbaycan vətəndaşı olmayıb

Moskva aeroportunda yanan təyyarədə Azərbaycan vətəndaşı olmayıb
Moskva aeroportunda qəzaya uğramış təyyarədə həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə Qərbinfo.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat veriblər.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəzada həlak olanların siyahısında adı çəkilən Novruz İsgəndərov Dağıstanda yaşayan Rusiya vətəndaşıdır.

Xatırladaq ki, mayın 5-də Moskvadan Murmanska uçan təyyarə səmaya qalxdıqdan 28 dəqiqə sonra qəza enişi edib. Eniş zamanı təyyarənin mühərriklərində yanğın başlayıb. Təyyarədə olan 78 nəfərdən 41-i həlak olub, 9-u müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.






Son Xəbər