XƏBƏR, İDMAN
4-05-2019, 22:42

V İslam Həmrəyliyi Oyunlarına Konya ev sahibliyi edə bilər

V İslam Həmrəyliyi Oyunlarına Konya ev sahibliyi edə bilər
Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (IHIF) Əlaqələndirmə Komissiyasının növbəti iclası keçirilib.

Qərbinfo.az xəbər verir ki, iclasda Türkiyənin Gənclər və İdman Nazirliyinin rəsmiləri, şəhər bələdiyyəsinin sədri, Türkiyənin idman federasiyalarının prezidentləri və IHIF-nin Əlaqələndirmə Komissiyasının üzvləri iştirak ediblər. İclasa IHIF İcraiyyə Komitəsinin və Əlaqələndirmə Komissiyasının üzvü, qadın və idman komitəsinin rəhbəri Könül Nurullayeva da qatılıb.

Tədbirdə V İslam Həmrəyliyi Oyunlarının keçirilmə tarixi, idman proqramı, oyunların rəsmi loqo və maskotu, veb-səhifənin hazırlanması, ümumi qaydalar, 2021-ci ilədək iş planı və s. məsələlər müzakirə edilib. Bununla yanaşı, Oyunların ev sahibliyi hüququnun İstanbuldan Konyaya verilməsi məsələsi də müzakirə edilib. Habelə IHIF İcraiyyə Komitəsinin 31-ci iclasının və 11-ci Baş Assambleyasının bu il Türkiyədə keçirilməsi haqda qərar qəbul olunub.

K.Nurullayeva V İslam Həmrəyliyi Oyunları ərəfəsində Türkiyədə “Qadın: Cəmiyyətin tərkib hissəsi”, “Qadın və idmanda həmrəylik konfransı” mövzularında silsilə tədbirlərin keçirilməsi barədə təklif irəli sürüb.

Əlaqələndirmə Komissiyasının üzvləri üçün Konyada idman obyektlərinə baxış təşkil edilib.

Qeyd edək ki, Bakı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edib. Oyunlarda 56 ölkədən 3 mindən çox atlet idmanın 21 növü üzrə mübarizə aparıb. Mötəbər turnirdə 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazanan Azərbaycan millisi birinci olub.
V İslam Həmrəyliyi Oyunlarına Konya ev sahibliyi edə bilər
V İslam Həmrəyliyi Oyunlarına Konya ev sahibliyi edə bilər
V İslam Həmrəyliyi Oyunlarına Konya ev sahibliyi edə bilər






Son Xəbər