XƏBƏR, MƏDƏNİYYƏT
4-05-2019, 20:27

"Müəllif Mahnıları Festivalı"

"Müəllif Mahnıları Festivalı"
Mayın 6-dan 11-dək Tbilisidə Beynəlxalq Müəllif Mahnıları Festivalı keçiriləcək. SİA-nın məlumatına görə, musiqi bayramında Azərbaycanı rejissor Cavid İmamverdiyev təmsil edəcək.

Builki festival şair və bəstəkar Bulat Okucavanın anadan olmasının 95 illiyinə həsr olunub. Festivalın keçirilməsi üçün A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrının səhnəsi seçilib.

Festivala 9 ölkəni təmsil edən ifaçılar qatılacaq.






Son Xəbər