XƏBƏR, HADİSƏ
4-05-2019, 12:49

Ağstafa rayonunda 2 ədəd raket tapılıb

Ağstafa rayonunda 2 ədəd raket tapılıb
Mayın 3-də saat 16:38-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən və saat 17:03-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Qərbinfo.az verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 122 millimetrlik raket (9M22U) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin ətrafında 350 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.






Son Xəbər