XƏBƏR, DÜNYA
3-05-2019, 20:52

İranlı nazir: OPEC dağıla bilər

İranlı nazir: OPEC dağıla bilər
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv bəzi ölkələrin birtərəfli fəaliyyəti nəticəsində OPEC dağıla bilər.

Qərbinfo.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə Tehranda OPEC-in baş katibi Məhəmməd Barkindo ilə keçirdiyi görüşü şərh edərkən deyib.

İranlı naziri OPEC-in baş katibi ilə qlobal neft bazarı və onun problemlərini müzakirə etdiklərini bildirib.

“OPEC-in bəzi üzvlərinin birtərəfli fəaliyyəti nəticəsində təşkilat dağıla bilər. İran öz maraqlarını nəzərə alaraq OPEC-ə üzvü olub. Əgər OPEC-ə üzv ölkələr İranı təhdid edərsə, bu, cəzasız qalmayacaq”, - deyə o vurğulayıb.






Son Xəbər