XƏBƏR, HADİSƏ
3-05-2019, 10:55

Gəncə sakinini bıçaqlayan şəxs saxlanılıb

Gəncə sakinini bıçaqlayan şəxs saxlanılıbAprelin 30-da Gəncə şəhər sakini 34 yaşlı Ramal Nəbiyevin hər iki sarğı nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qərbinfo.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, 25 yaşlı Etibar Hüseynov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, R.Nəbiyevlə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.






Son Xəbər