XƏBƏR, SOSİAL
3-05-2019, 09:58

Notariat hərəkətlərinin aparılması qaydalarında dəyişiklik edilib

Notariat hərəkətlərinin aparılması qaydalarında dəyişiklik edilib
“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edilib.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişiklik məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamə kapitalındakı iştirak payları ilə əlaqədardır.

Bundan sonra məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı iştirak paylarının dəyişikliyi ilə bağlı notariat hərəkətləri aparılarkən, notarius bu barədə müvafiq məlumatları onlayn rejimdə dərhal “Elektron notariat” informasiya sisteminə daxil etməlidir.

Ədliyyə Nazirliyi isə “Elektron notariat” informasiya sisteminə daxil olmuş məlumatı Vergilər Nazirliyinə ötürməlidir.






Son Xəbər