XƏBƏR, İQTİSADİYYAT
2-05-2019, 12:57

İran Azərbaycan və Rusiya ilə birgə dəmir yolu şirkətləri yaratmaq istəyir

İran Azərbaycan və Rusiya ilə birgə dəmir yolu şirkətləri yaratmaq istəyir
İran Azərbaycan və Rusiya ilə birgə dəmir yolu şirkətləri yaratmaq istəyir.

Qərbinfo.az-ın məlumatına görə, bunu İranın Dəmir Yolu Şirkətinin ticarət və istifadə üzrə direktor müavini Babək Əhmədi deyib.

B.Əhmədinin sözlərinə görə, bununla Rusiyanın qonşu ölkələrə məhsul tranzitinin artmasına şərait yaranacaq.

Direktor müavini əlavə edib ki, İranın dəmir yolu tranzitindən əldə etdiyi gəlir 77% artıb.

Şirkət rəsmisinin sözlərinə görə, xarici ticarətdə beynəlxalq yüklərin daşınması orta hesabla hər bir ton-kilometr qarşılığında İrana 1,4 milyon rial (təxminən 33,3 dollar) gəlir gətirir.






Son Xəbər