XƏBƏR, MƏDƏNİYYƏT
2-05-2019, 11:25

Xalq artisti Ramiz Mirişlinin xatirəsi yad ediləcək

Xalq artisti Ramiz Mirişlinin xatirəsi yad ediləcək
Mayın 4-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Ramiz Mirişlinin 85 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Qərbinfo.az xəbər verir ki, gecədə bəstəkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam edəcək.

Konsertdə Mustafa Mehmandarovun dirijorluğu ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xalq artisti Gülbacı İmanovanın dirijorluğu ilə Dövlət Xor Kapellası çıxış edəcək.






Son Xəbər